Ermənistan Türkiyə və Azərbaycana aid mülki təyyarələr üçün öz hava məkanını açıb
Türkiyənin “Turkish Airlines” Hava Yolları Şirkətinin Bakı-İstanbul reysi ilə uçan sərnişin təyyarəsi bir neçə saat əvvəl Ermənistanın hava məkanından keçib. AYNA xəbər verir ki, bu barədə “Avia.pro” saytı məlumat yayıb.
Xəbərdə qeyd edilib ki, bu o mənanı verir ki, Ermənistan Türkiyə və Azərbaycana aid mülki təyyarələr üçün öz hava məkanını açıb.
Qeyd edək ki, Türkiyə və Azərbaycan sərnişin təyyarələri bu günədək Gürcüstanın hava məkanından keçirdi. Çünki Ermənistan öz hava məkanını bağlamışdı.
Hələ ki, məsələ ilə bağlı rəsmi açıqlamalar verilməyib. Güman olunur ki, Ermənistanın hava məkanını Azərbaycana uçan mülki təyyarələr üçün açması, Qarabağla bağlı 10 noyabrda imzalanmış üçtərəfli razılaşmaya əsasəndir.