Bakı-Ələt-Qazax yolunda sərnişin avtobusu qəza törədib

Hadisə

07.08.2022 - 11:00

Hadisə zamanı avtobusdakı sərnişinlər arasında xəsarət alan olmayıb

Bu gün saat 08:20-də Bakı-Ələt-Qazax magistralında (yanacaqdoldurma məntəqəsinin yaxınlığında) 164 nömrəli marşrut üzrə (99-XZ-173 DQN-li) avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi olub.

Bakı Nəqliyyat Agentliyindən AYNA-ya bildirilib ki, daşıyıcı “BMH” MMC-dən verilən məlumata görə qəza minik maşınının yanacaqdoldurma məntəqəsindən əsas yola çıxan zaman avtobusu gözləməməsi səbəbindən baş verib.

Hadisə zamanı avtobusdakı sərnişinlər arasında xəsarət alan olmayıb.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə