Bakı-Ağstafa marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

Xəbərlər

19.04.2024 - 11:18

Artan sərnişin tələbatını nəzərə alaraq əlavə reyslər təyin olunub

“Azərbaycan Dəmir Yolları” QSC artan sərnişin tələbatını nəzərə alaraq Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib. AYNA xəbər verir ki, bu barədə QSC-dən bildirilib.

Vurğulanıb ki, əlavə təyin edilən qatarlar aprelin 20-də saat 09:15-də Bakıdan Ağstafaya, aprelin 21-də saat 15:00-da isə Ağstafadan Bakıya yola düşəcək.

Müəllif: Ayna.az