Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Xəbərlər

18.02.2026 - 16:27

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə 21 və 22 fevral tarixlərində Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edib.

ADY-dən AYNA.AZ-a bildirilib ki, sözügedən reyslərə biletləri 10 faiz endirimlə dəmir yolu kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək mümkündür.

Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş