Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Xəbərlər

11.02.2026 - 00:44

Reyslərə biletlər 10 faiz endirimlə satılır

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə 15 fevral tarixində Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edib. AYNA.AZ xəbər verir ki, bu barədə ADY-dən bildirilib.

"Sözügedən reyslərə biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə edə bilərsiniz", - məlumatda qeyd olunub.

Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş