Bakı-Ağdam-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

Xəbərlər

27.02.2026 - 12:06

21, 23, 25 və 28 mart tarixlərində bu marşrut üzrə hər iki istiqamətə səfər etmək mümkün olacaq

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Novruz bayramı münasibətilə Bakı-Ağdam-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib.

ADY-dən AYNA.AZ-a verilən məlumata görə, 21, 23, 25 və 28 mart tarixlərində bu marşrut üzrə hər iki istiqamətə səfər etmək mümkün olacaq.

Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək mümkündür.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş