Bağlı qalmış 10 cinayətin üstü açılıb

Xəbərlər

28.04.2021 - 10:59

Ötən gün ərzində törədilmiş 41 cinayətin üstü “isti izlər”lə açılıb

 

Daxili İşlər Nazirliyi (DİN) aprelin 27-də qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

 

DİN-in Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 41 cinayətin üstünü “isti izlər”lə açıblar.

 

Əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunub.

 

Axtarışda olduğuna görə ümumilikdə 37 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 20 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 28, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyənləşdirib.

 

Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.

 

 

 

Müəllif: Ayna.az