Bağanis-Voskepar yolu bağlanıb: ərazi minalardan təmizlənir

Aktual

23.04.2024 - 14:15

Ermənistan DİN: “Bu gün Bağanis-Voskepar hissədə demarkasiya ilə bağlı işlərin aparılması planlaşdırılır”

Ermənistanın Tavuş vilayətində Bağanis-Voskepar avtomobil yolu bağlanıb. AYNA erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunub.

“Bitişik ərazidə aparılan minatəmizləmə işlərinin təmin edilməsi və vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə yaxınlıqdakı minalanmış ərazilərə keçilməsinin qarşısının alınması məqsədilə yol bağlanıb. Bu gün Bağanis-Voskepar hissədə demarkasiya ilə bağlı işlərin aparılması planlaşdırılır”, - deyə məlumatda qeyd edilib.

“Onu da nəzərinizə çatdırırıq ki, Ermənistanın suveren ərazisinin hər hansı bir hissəsinin Azərbaycana veriləcəyi barədə məlumatlar həqiqətə uyğun deyil. Bu gün Ermənistan-Azərbaycan təmas xəttində hər hansı dəyişiklik nəzərdə tutulmadığını vurğulayırıq. Sərhədin demarkasiyası başa çatdıqdan sonra sərhəd xəttinin mühafizəsi Ermənistan Sərhəd Qoşunlarına veriləcək”, - DİN-dən əlavə edilib.

Müəllif: Ayna.az