“Azəriqaz” gücləndirilmiş iş rejiminə keçdiyini açıqlayıb

Xəbərlər

17.02.2021 - 16:04

Həkimlər Klinikalar SEO Xidməti

Qurumdan bildirilib ki, mavi yanacaqla bağlı problem çıxsa, dərhal aradan qaldırılacaq

 

Ölkə ərazisində hava şəraitinin dəyişəcəyi barədə verilən məlumatdan irəli gələrək “Azəriqaz” İstehsalat Birliyi gücləndirilmiş iş rejimində çalışacaq.

 

“Azəriqaz”dan AYNA-ya bildirilib ki, birliyin bütün müvafiq strukturlarına baş direktor Ruslan Əliyev tərəfindən lazımi tapşırıqlar verilib. Təbii qazın təlabata uyğun düzgün rejimlərdə paylanılması diqqətdə saxlanılacaq. Qaz şəbəkəsində vacib təmir prosesləri bu günlərdə təxirə salınıb. Qəza, qaz sızması, qaz sayğacları ilə bağlı nasazlıqlar ortaya çıxarsa, operativ şəkildə aradan qaldırılacaq. Artıq növbəlilik tətbiq edilib, birliyin aidiyyəti strukturlarında müəyyən sayda əməkdaşlar iş başında olacaq.

 

Abonentlərin nəzərinə çatdırılır ki, qaz təchizatında yarana biləcək istənilən çətinliklərlə bağlı dərhal 104/185 saylı Çağrı mərkəzinə məlumat versinlər. Bundan başqa, abonentlər (+99477) 3 104 104 saylı daim aktiv rejimdə çalışan "WhatsApp" nömrəsinə, sosial şəbəkə ünvanlarına mesajlarını göndərə bilərlər.

 

Qeyd edək ki, "Azərişıq" da gücləndirilmiş iş rejiminə keçdiyini açıqlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş