"Azeri Light" nefti ucuzlaşıb

İqtisadiyyat

22.07.2025 - 11:10

Neftin qiymətində ucuzlaşma qeydə alınıb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti 1 dollardan çox ucuzlaşıb.

AYNA.AZ xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,95 ABŞ dolları və ya 1,32% azalaraq 71,23 ABŞ dolları təşkil edib.

 

 

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 72,18 ABŞ dolları idi.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş