Mehriban Əliyeva: “İqtisadi islahatlar sahəsində Fransa təcrübəsi maraq doğurur”

İqtisadiyyat

29.07.2019 - 16:23

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycanın Birinci vitse-prezidenti Fransanın İqtisadiyyat və Maliyyə naziri ilə görüşüb

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva iyulun 29-da Fransa Respublikasının İqtisadiyyat və Maliyyə naziri Brüno Lö Merlə görüşüb. AYNA xəbər verir ki, Mehriban Əliyeva bu ilin martında Parisə səfəri zamanı Fransanın İqtisadiyyat və Maliyyə naziri Brüno Lö Merlə görüşü və aparılan müzakirələri xatırlayıb, qonağın Azərbaycana səfərinin uğurla keçəcəyinə əminliyini ifadə edib.

 

Mehriban Əliyeva Azərbaycan ilə Fransa arasında münasibətlərin dostluq və qarşılıqlı maraqlara əsaslandığını qeyd edib, siyasi əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. İqtisadi əlaqələrin münasibətlərimizin inkişafında xüsusi yer tutduğunu vurğulayan Birinci vitse-prezident son zamanlar bu sahədə müşahidə edilən müsbət dinamikanın ölkələrimiz arasındakı əlaqələrin daha da genişlənməsinə töhfə olacağını deyib. Birinci vitse-prezident mövcud potensialdan tam istifadə etməyin vacibliyini diqqətə çatdırıb.

Ayna.az