“AzərEnerji” ASC məlumat yayıb
Sentyabrın 19-da saat 9 radələrində Laçın rayonu Mollalar kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
AYNA xəbər verir ki, bu barəfə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib.
Qeyd olunub ki, “Ural” markalı avtomobilin qəzaya uğraması nəticəsində elektrik olan iki nəfər - Məmmədov Məhəmməd Mübariz oğlu və Məmmədov Gülağa Gülməmməd oğlu həyatlarını itiriblər.
Faktla bağlı araşdırma aparılır.
“AzərEnerji” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Teymur Abdullayev bildirib ki, bəzi mətbuat orqanlarında sözügedən yol-nəqliyyat hadisəsi ilə bağlı yayılan informasiyalarda həlak olan Məhəmməd Mübariz oğlu Məmmədov və Gülağa Gülməmməd oğlu Məmmədovun “AzərEnerji” ASC-nin əməkdaşı olmaları barədə məlumatlar yayılıb: “Bildiririk ki, hadisə nəticəsində həlak olanlar “Azərenerji” ASC-nin deyil, ərazidə podrat işləri həyata keçirən “Elektrikquraşdırma Müəssisəsi”nin əməkdaşlarıdır. “AzərEnerji” ASC həlak olanların yaxınlarına dərin hüznlə başsağlığı verir”.