Azərbaycann və Ermənistanın Baş nazirlərinin müavinləri görüşüblər

Xəbərlər

31.01.2024 - 14:26

Görüş sərhədin Qazax-İcevan hissəsində keçirilir

Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçirilir. AYNA erməni mediasına istinadən bildirir ki, görüş Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanın rəhbərliyi ilə keçirilir.

Qeyd olunub ki, sərhədin Qazax-İcevan hissəsində keçirilən görüşdə üç rayonun mina xəritələrinin Azərbaycana təhvil verilməsi və sülh müqaviləsi istiqamətində işlərin daha da sürətləndirilməsi barədə müzakirələr aparılır.

Xatırladaq ki, tərəflərin iştirakı ilə bundan əvvəlki görüş ötən il noyabr ayının 30-da sərhəddə baş tutub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş