Azərbaycanlı üzgüçü Paralimpiya Oyunlarına lisenziya qazanıb

İdman

01.08.2023 - 06:28

Raman Saley fəxri kürsünün ikinci pilləsinə qalxıb

Azərbaycan para-üzgüçüsü Raman Saley İngiltərənin Mançester şəhərində keçirilən dünya çempionatında gümüş medal əldə edib.

AYNA xəbər verir ki, 3 qat paralimpiya çempionu 100 metr məsafəyə arxasıüstə üzmə növündə 1:00.83 nəticə göstərərək fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Bununla da Saley Azərbaycana Paris-2024 Yay Paralimpiya Oyunları üçün növbəti lisenziyanı qazandırıb.

Müəllif: Ayna.az