Azərbaycanlı jurnalistlə sülhməramlı arasında mübahisə: “Bura bizim ərazidir” - VİDEO

Aktual

07.12.2022 - 12:56

Sülhməramlılar hazırda faktiki olaraq öz mandatlarına aid olmayan işlə məşğul olurlar

Azərbaycanın Qarabağ ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin hərbçisi İctimai Televiziyanın (İTV) jurnalistinə ərazilərimizə getməyə mane olmaq istəyib.

AYNA xəbər verir ki, bu barədə İTV-nin “YouTube” kanalında video yayımlanıb.

Jurnalist Azərbaycan ərazilərinə keçməyə icazə verməyən hərbçiyə “bura sizin ərazi deyil, bizim ərazidir” sözləri ilə cavab verib.

İTV əməkdaşı qeyd edib ki, Rusiya sülhməramlıları hazırda faktiki olaraq öz mandatlarına aid olmayan işlə məşğul olurlar.

Görüntüləri təqdim edirik:

Müəllif: Ayna.az