“Uşaq bağçasında iclas keçirirlər”

Aktual

25.10.2020 - 22:13

Prezidentin köməkçisi erməni komandirlərin əməlini ifşa etdi

 

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev işğal edilmiş torpaqlarımızda Ermənistan Silahlı Qüvvələri komandirlərinin uşaq bağçasında iclas keçirməsinə münasibət bildirib. AYNA xəbər verir ki, bu barədə H.Hacıyev “Twitter” hesabında yazıb.

 

“Fotodan görünür ki, Ermənistan Silahlı Qüvvələrinin komandirlərinin görüşü uşaq bağçasında keçirilir. Onlar uşaqların həyatını riskə ataraq, hərbi qərargahı uşaq bağçasında kamuflyaj ediblər. Dinc əhalini raketlərlə öldürən hərbi cinayətkardan başqa nə gözləmək olardı ki? Vicdan əzabı çəkmirlər”, - deyə Prezidentin köməkçisi vurğulayıb.

Müəllif: Ayna.az