Əliyar Ağayev "Panevejis" - "Makkabi" qarşılaşmasının baş hakimi olacaq
Əliyar Ağayev UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək "Panevejis" (Litva) - "Makkabi" (Təl-Əviv, İsrail) qarşılaşmasının baş hakimi olacaq.
AYNA xəbər verir ki, FIFA referisinə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. Elçin Məsiyev isə matça AVAR kimi təyinat alıb.
Qeyd edək ki, avqustun 8-də Panevejis şəhərində yerləşən "Aukştaytiya" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.