Tahir Mirkişili: "...hər şeyin necə kədərli olduğunu anlayardınız"
İrəvanda keçirilən Avronest Parlament Assambleyasının komitə iclaslarında iştirak edən azərbaycanlı deputat Tahir Mirkişili erməni deputatlara Qarabağda törədilmiş vəhşiliklərin miqyası barədə danışıb. Bu barədə AYNA erməni mediasına istinadən bildirir.
T.Mirkişili Qarabağda ermənilər tərəfindən dağıdılmış evini xatırladaraq bildirib ki, ötən il evini ziyarət edib: "Siz orada nə baş verdiyini, evimin hansı vəziyyətdə olduğunu görsəydiniz, hər şeyin necə kədərli olduğunu anlayardınız".
"Bura Qafqazın Xirosimasıdır. Sizin əsgərlərinizin mənim vətənimdə nələr törətdiyini görərdiniz”.