Azərbaycanın yubiley medalı təsis olunub

Xəbərlər

16.07.2022 - 21:49

cedabet Klinikalar SEO Xidməti

Dövlət başçısı qanuna dəyişikliyi təsdiqləyib

Azərbaycan Respublikasının yubiley medalı təsis olunub.

AYNA xəbər verir ki, bu, Prezident İlham Əliyevin “İnsan hüquqları üzrə müvəkkili (ombudsman) təsisatının 20 illiyi (2002–2022)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə imzaladığı Qanunla təsdiqlənib.

Qanuna əsasən “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) təsisatının 20 illiyi (2002–2022)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə” təsdiq edilib. Eyni zamanda “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) təsisatının 20 illiyi (2002–2022)” Azərbaycan Respublikasının yubiley medalının təsviri” təsdiq olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş