Azərbaycanın Türkiyədəki səfirliyində “qaynar xətt” yaradılıb

Xəbərlər

06.02.2023 - 12:24

Zəlzələdən zərərçəkən Azərbaycan vətəndaşlarının zəng edəcəyi “qaynar xətt” fəaliyyətə başlayıb

Türkiyədə baş vermiş güclü zəlzələ ilə əlaqədar Azərbaycanın bu ölkədəki səfirliyində “qaynar xətt” yaradılıb.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsindən AYNA-ya verilən məlumata görə, Kahramanmaraş və ətraf vilayətlərdə baş vermiş zəlzələ nəticəsində zərərçəkən Azərbaycan vətəndaşları +905355776168 nömrəli “qaynar xətt” vasitəsilə ölkəmizin Türkiyədəki səfirliyi ilə əlaqə saxlaya bilərlər.

Müəllif: Ayna.az