General-mayor Ənvər Əfəndiyev “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirak edəcək
Müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-mayor Ənvər Əfəndiyev Türkiyə Respublikasının Quru Qoşunları komandanı ordu generalı Musa Avseverin dəvəti ilə Türkiyəyə yola düşüb. AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
General Ə.Əfəndiyev İstanbulda keçirilən “Avrasiya sülhü - 2021” təliminin oktyabrın 14-də “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirak edəcək.