Azərbaycanın qaytardığı 10 erməni hərbçidən 5-i saxlanılıb

Dünya

10.12.2021 - 03:12

Həkimlər Klinikalar SEO Xidməti

Hərbçilərin həbsi ilə bağlı vəsatətlər məhkəməyə təqdim edilib

Ermənistanda Azərbaycanın təhvil verdiyi erməni hərbçilərin bir hissəsi saxlanılıb. AYNA-nın erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Vardan Tadevosyan təsdiq edib.

O bildirib: "Hazırda ağır nəticələrə səbəb olan hərbi xidmət və döyüş növbətçiliyi qaydalarının pozulması faktı üzrə başlanmış cinayət işi çərçivəsində 5 hərbçi saxlanılıb".

Hərbçilərin həbsi ilə bağlı vəsatətlər məhkəməyə təqdim edilib.

Xatırladaq ki, Azərbaycan Respublikası humanizm prinsiplərini əsas tutaraq 4 dekabr 2021-ci il tarixdə 10 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə təhvil verib.

Təhvil verilmiş şəxslər 16 noyabr 2021-ci il tarixində Ermənistan silahli qüvvələri tərəfindən dövlət sərhədinin Kəlbəcər istiqamətində törədilən təxribatın qarşısı alınarkən saxlanılnışdılar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş