Azərbaycanın minifutbol millisi Avropa çempionu olub

İdman

12.06.2022 - 00:55

Görüşdə yeganə qolu 25-ci dəqiqədə Seymur Məmmədov vurub

Mini-futbol üzrə Azərbaycan milli komandası Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

AYNA xəbər verir ki, Elşad Quliyevin baş məşqçi olduğu kollektiv finalda Rumıniyanı məğlubiyyətə uğradıb - 1:0.

Görüşdə yeganə qolu 25-ci dəqiqədə Seymur Məmmədov vurub.

Bununla da Azərbaycan millisi tarixində ilk dəfə qitə çempionu olub.

Müəllif: Ayna.az