VİDEO"/>

"Qarabağ"ın oyunu zamanı kütləvi dava - <font color=red> VİDEO</font>

İdman

01.08.2019 - 07:39

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda “Qarabağ” Mərdəkandakı “Dalğa Arena” stadionunda İrlandiyanın “Dandolk” komandasını qəbul edib. Daha öncə də xəbər verdiyimiz kimi, Azərbaycan futbolçularının 3:0 qələbəsi ilə başa çatan oyun zaman dava düşdüyü barədə məlumatlar yayılmışdı. AYNA xəbər verir ki, oyunun ikinci hissəsində “Qarabağ”ın qapısı arxasında polislə “İmarət” fan-klubu arasında qarşıdurma baş verib.

 

Qeyd edək ki, daha əvvəl də bildirmişdik ki, dava barədə məlumatları heç bir qurum təsdiqləməyib. Lakin daha sonra sosial şəbəklərdə bununla bağlı videogörüntülər yayılıb. Münaqişə davaya çevrilib. Bir neçə azarkeş saxlanılıb.

 

Müəllif: Ayna.az