Yardıma 17 generator, 4 daşınabilən enerji sistemi və digər enerji avadanlıqları daxildir
Azərbaycandan Ukraynaya generatorlar göndərilib. AYNA.AZ xəbər verir ki, bu barədə Ukrayna səfiri Yuri Husyev sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, humanitar yardıma 17 generator, 4 daşınabilən enerji sistemi və digər enerji avadanlıqları daxildir.
Diplomat qeyd edib ki, enerji avadanlıqları Azərbaycan vətəndaşları və bir sıra təşkilatlar tərəfindən səfirliyə bağışlanıb.
“Azərbaycan hökumətinə, təşkilatlara və bütün Azərbaycan xalqına Ukraynaya davamlı dəstəyə görə səmimi minnətdarlığımı bildirirəm”, - səfir qeyd edib.