Azərbaycandan polietilen ixracı 1,5 dəfə artıb

Xəbərlər

16.02.2026 - 21:58

2026-cı ilin yanvar ayında Azərbaycandan polietilen ixracı 1,5 dəfə artaraq 8022,5 min ton olub.

Dövlət Gömrük Komitəsindən (DGK) AYNA.AZ-a verilən məlumata görə, ixrac olunan polietilenin dəyəri isə 7,7 milyon dollar təşkil edib.

Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi çərçivəsində yüksəksıxlıqlı polietilen zavodu tikilib. Zavod gündəlik 330 ton, illik 120 min ton istehsal gücünə malikdir. Məhsulun 25 faizi daxili bazar, 75 faizi isə ixrac üçün nəzərdə tutulub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş