Azərbaycandakı türk hərbçilərin mandatı daha bir il uzadılıb

Siyasət

10.11.2021 - 22:19

Həkimlər Klinikalar SEO Xidməti

Əksər partiyalar qanun layihəsinin lehinə səs veriblər

Bu gün Türkiyə Böyük Millət Məclisinin növbəti iclası keçirilib.

AYNA xəbər verir ki, iclasda, işğaldan azad edilən Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindəki türk hərbçilərin mandatının daha bir il müddətinə uzadılmasına qərar verilib.

Qeyd edək ki, başda hakim Ədalət və İnkişaf Partiyası olmaqla, Türkiyə parlamentində təmsil olunan əksər partiyalar - Milliyətçi Hərəkat Partiyası (MHP), Cümhuriyyət Xalq Partiyası (CHP), İYİ Partiya, Böyük Birlik Partiyası (BBP) və onların nümayəndələri qanun layihəsinin lehinə səs veriblər.

Beləliklə, Qarabağda atəşkəsə və daimi sülhün qorunmasına nəzarət edən Türkiyə Ordusunun hərbçilərinin Qarabağda xidmət müddəti daha bir il müddətinə uzadılıb. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş