Diplomatik korpusun nümayəndələri bundan əvvəl Füzulidə olublar
Bu gün Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, o cümlədən xarici ölkələrin səfirləri, hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri Şuşa şəhərinə səfər ediblər.
AYNA xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına əsasən təşkil olunan səfər çərçivəsində xarici diplomatlar bir sıra tarixi və dini-memarlıq abidələrini, o cümlədən Şuşa şəhər mərkəzi meydanını, Saatlı, Yuxarı Gövhərağa, Aşağı Gövhərağa məscidlərini, Xan Qızı bulağını, Şuşa qala divarlarını, Pənahəli xanın sarayının qalıqları olan ərazini, Qazançı kilsəsi və digər məkanları ziyarət ediblər.
Qeyd edək ki, Şuşaya gəlməzdən əvvəl Füzuli rayonunda olan diplomatlar beynəlxalq hava limanının tikintisinin gedişi və “Füzuli” yarımstansiyasının fəaliyyəti ilə tanış olublar.