Zəlzələ zamanı dağıntı qeydə alınmayıb
Azərbaycanın Mingəçevir şəhərində zəlzələ olub. Bu barədə AYNA-ya Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, yeraltı təkanlar Gəncə, Yevlax, Goranboy ərazilərində 4-3 bala qədər hiss olunub.
Zəlzələdə dağıntı qeydə alınmayıb, xəsarət alan yoxdur.