Yeraltı təkanların 3 bala qədər hiss olduğu bildirilir
Azərbaycanda zəlzələ qeydə alınıb. Bu barədə AYNA Zəlzələlərin tədqiqatı bürosuna istinadən xəbər verir.
Məlumata əsasən yeraltı təkanlar yerli vaxtla saat 21:09-da Lənkəran stansiyasından 14 km qərbdə Lerik rayonunda qeydə alınıb. Zəlzələ episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.