Azərbaycanda vəzifəli şəxs yol qəzasında həlak olub

Hadisə

21.12.2025 - 00:20

“Mərhumun ailəsinə dərin hüznlə başsağlığı veririk”

Xocavənd rayon Statistika İdarəsinin rəisi vəfat edib. AYNA.AZ xəbər verir ki, bu barədə Xocavənd Rayon İcra Hakimiyyəti məlumat yayıb.

Bildirilir ki, Xocavənd rayon Statistika İdarəsinin rəisi, Əmirallar kənd sakini Tahirov Fərnad Tahir oğlu bu gün keçirdiyi qəza nəticəsində vəfat edib.

"Təəssüf hissi ilə qeyd edirik ki, Xocavənd rayon Statistika İdarəsinin rəisi, Əmirallar kənd sakini Tahirov Fərnad Tahir oğlu bu gün keçirdiyi qəza nəticəsində vəfat etmişdir. Mərhumun ailəsinə dərin hüznlə başsağlığı veririk”, - deyə vurğulanır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş