COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 33 245 peyvənd vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 949, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 355, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 25 941 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 772 313, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 107 205, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 601 258, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 1 063 850 təşkil edir.