Azərbaycanda son sutkada COVID-19-a 1 nəfər yoluxub, 2 nəfər sağalıb

Aktual

30.05.2022 - 16:35

Həkimlər Klinikalar SEO Xidməti

Ölkəmizdə 48 aktiv koronavirus xəstəsi var

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 yeni yoluxma faktı qeydə alınıb, 2 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 792 759 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 782 998 nəfər müalicə olunaraq sağalıb, 9 713 nəfər vəfat edib, 48 aktiv xəstə sayı nəfərdir.

Ölkədə son sutka ərzində 1 706, hazırkı dövrədək isə 6 892 285 test aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş