Azərbaycanda koronavirusa yoluxma sayında rekord yenilənib

Aktual

03.11.2020 - 15:17

Həkimlər Klinikalar SEO Xidməti

15 nəfər COVID-19-dan vəfat edib, 1242 yeni yoluxma faktı qeydə alınıb

 

Azərbaycanda koronavirusa (COVID-19) 1242 yeni yoluxma faktı qeydə alınıb, 551 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, 15 nəfər COVID-19-dan vəfat edib.

 

Aktiv xəstə sayı 12484 nəfərdir. Ölkədə son sutka ərzində 11159, hazırkı dövrədək isə 1 379 779 test aparılıb.

 

Ümumi ölənlərin sayı 768 nəfərdir. Ümumi yoluxanların sayı 58 282 nəfər, ümumi sağalanların sayı 45 030 nəfərdir.

 

 

 

Müəllif: Ayna.az