Nazir Kəramət Böyükçölün atasına zəng edib

Aktual

19.08.2020 - 21:46

Qəşəm Nəcəfzadə Vilayət Eyvazova təşəkkürünü bildirib

 

Daxili İşlər naziri Vilayət Eyvazov yazıçı Kəramət Böyükçölün atası, şair Qəşəm Nəcəfzadəyə zəng edib. AYNA-nın məlumatına görə, bu barədə şair “Facebook” profilində yazıb.

 

“Oğlum Kəramət Böyükçöl içkili olduğuna görə qeyri-etik hərəkətlər etdiyi üçün dünən, ayın 18-də saxlanılmışdı. Bu gün isə sərbəst buraxıldı. Cənab nazir, istedadlı bir gəncə həssaslıqla yanaşdığınıza, onun əsərlərini və publisistik yazılarını dəyərləndirdiyinizə və bu barədə mənə telefon açdığınıza görə sizə təşəkkür edirəm!”, - deyə Nəcəfzadə qeyd edib.

 

Xatırladaq ki, K.Böyükçöl məişət zəminində səs-küy yaratdığı üçün qonşuların şikayəti əsasında saxlanılmışdı.

Müəllif: Ayna.az