“Ramiz Mehdiyev istefa verməlidir” - <font color=red> Deputat</font>

Aktual

21.08.2020 - 23:45

Etibar Əliyev: “Bu hərəkət dövlətin qanunlarına birbaşa sayğısızlıqdır”

 

"Ramiz Mehdiyev istefa verməlidir". AYNA bildirir ki, bu sözləri deputat Etibar Əliyev “Facobook” profilində yazıb.

 

O, ötən günlərdə nəvəsinə toy məclisi təşkil etmiş AMEA-nın prezidenti Ramiz Mehdiyev barədə deyib ki, pandemiya dövründə ölkənin karantin rejimi qaydalarını kobud surətdə pozduğuna görə AMEA-nın prezidenti vəzifəsindən dərhal istefa verməlidir: “Bu hərəkət bütün AMEA əməkdaşları və digər vətəndaşlar üçün çox pis örnək və dövlətin qanunlarına birbaşa sayğısızlıqdır”.

Etibar Əliyevə dəstək – Novator.az

Müəllif: Ayna.az