Azərbaycanda son sutkada 3 nəfər COVID-19-dan vəfat edib

Aktual

08.01.2023 - 18:26

Həkimlər Klinikalar SEO Xidməti

Daha 105 nəfər koronavirusa yoluxub

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 105 yeni yoluxma faktı qeydə alınıb, 22 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 826 908 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 816 404 nəfər müalicə olunaraq sağalıb, 10 020 nəfər vəfat edib, aktiv xəstə sayı 484 nəfərdir.

Ölkədə son sutka ərzində 2 472, hazırkı dövrədək isə 7 443 931 test aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş