Azərbaycanda qanunsuz ov edən əcnəbilər saxlanılıb

Xəbərlər

26.02.2025 - 12:57

Həkimlər Klinikalar SEO Xidməti

Qanun pozucularının hər birinə 2000 manat məbləğində cərimə tətbiq olunub

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Biləsuvar rayonu ərazisində qanunsuz ov edən xarici ölkə vətəndaşları saxlanılıb. AYNA.AZ xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildirilib.

Qeyd olunub ki, araşdırma zamanı onların Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları Matar Mohammed Karam Al Mandoos Alblooshi və Obaid Juma Obaid Zayed Alketbi olduğu müəyyən edilib.

Faktla bağlı inzibati protokol tərtib edilərək qanun pozucularının hər birinə 2000 manat məbləğində cərimə tətbiq olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş