Pul bazası fevralın 1-nə 12 milyard 782 milyon manat təşkil edib
Azərbaycanda pul bazası fevralın 1-nə 12 milyard 782 milyon manat təşkil edib. AYNA xəbər verir ki, bu barədə Mərkəzi Bankdan bildirilib.
Qeyd edilib ki, bu göstərici ötən ayla müqayisədə 782,2 milyon manat az, ötən ilin əvvəli ilə müqayisədə isə 1 milyard 238,6 milyon manat çoxdur.