Azərbaycanda koronavirusun ən çox yayıldığı ərazi açıqlandı

Xəbərlər

23.03.2020 - 23:33

Həkimlər Klinikalar SEO Xidməti

Bu günə qədər Azərbaycanda 18 yaşına qədər 3 nəfər koronavirusa yoluxub

 

"Azərbaycanda koronavirus, əsasən, fevralın sonu və martın əvvəlində idxal olunurdu. Bu günə onların sayı, təxminən 30 nəfərdir. Bundan sonra isə xəstəliyə yoluxma halları ölkə daxilində də qeydə alınmağa başladı".

 

AYNA xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.

 

Nazir müavini Azərbaycanda koronavirusun ən çox yayıldığı ərazini də açıqlayıb: "Bu xəstəlik, əsasən, cənub zonasında daha çoxdur. Çünki ilk vaxtlar sərhədlər hələ ki tam bağlanmamışdı. Xüsusən İranla". 

 

Viktor Qasımov onu da bildirib ki, bu günə qədər Azərbaycanda 18 yaşına qədər 3 nəfər koronavirusa yoluxub: "Xəstələrin səhhəti normaldır. Hazırda onların həyatı üçün təhlükə yoxdur".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş