Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5,2 milyondur

Xəbərlər

16.10.2020 - 18:57

Qeyri neft-qaz sektorunda 1 milyon 636,9 min nәfәr işləyib

 

2020-ci il oktyabrın 1-i vәziyyәtinә iqtisadi fәal әhalinin sayı 5 milyon 249,1 min nәfәr olub. Dövlət Statistika Komitəsindən AYNA-ya verilən məlumata görə, onlardan 4 milyon 884,9 min nәfәrini mәşğul әhali tәşkil edib.

 

Cari il sentyabrın 1-i vәziyyәtinә muzdla çalışan işçilәrin sayı 1670,9 min nәfәr, o cümlәdәn iqtisadiyyatın dövlәt sektorunda 902,3 min nәfәr, qeyri-dövlәt sektorunda isә 768,6 min nәfәr çalışıb.

 

İqtisadiyyatın neft-qaz sektorunda 34 min nәfәr, qeyri neft-qaz sektorunda isә 1 milyon 636,9 min nәfәr işləyib.

Müəllif: Ayna.az