Azadinform.az saytı artıq fəaliyyətini dayandırıb
Azərbaycanda daha bir sayt bağlanıb. AYNA-ya daxil olan məlumata görə, Azadİnform İnformasiya Agentliyinin fəaliyyəti dayandırılıb.
Məlumatı dəqiqləşdirmək üçün "Azadİnform"un baş redaktoru Niyaz Niftiyevlə əlaqə saxladıq. O, bu barədə məlumatsız olduğunu bildirdi: "Bu barədə məlumatım yoxdur. Çünki ötən ilin noyabr ayından "Azadİnform"dan getmişəm. Bələdiyyəyə görə 2 aydır oradan çıxmışam".
İnformasiya Agentliyinin baş redaktoru vəzifəsini icra edən Adəm Abbaslı isə zənglərimizə cavab vermədi.
Xəbəri dəqiqləşdirmək üçün saytın əməkdaşları ilə əlaqə saxlaya bilsək də, məlumatı təkzib etdilər.
Ancaq bu gündən, Azadİnform İnformasiya Agentliyinə aid http://azadinform.az/ saytı artıq fəaliyyətini dayandırıb.
Qeyd edək ki, Azadinform İnformasiya Agentliyi 1999-cu ildən fəaliyyət göstərirdi.