Azərbaycanda ilk: dizel generatoru istehsalına başlanılıb

İqtisadiyyat

20.07.2022 - 23:35

Həkimlər Klinikalar SEO Xidməti

Hazırda istehsal edilən hər generatorun çıxış gərginliyi 220-400 volt aralığındadır

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan “STP” MMC Azərbaycanda ilk dəfə olaraq dizel generatorlarının istehsalına başlayıb.

İZİA-dan AYNA-ya verilən məlumata görə, şirkət tərəfindən ilkin olaraq iki model - 27,5 kVA və 55 kVA dizel generatorları istehsal edilir. Yaxın vaxtlarda modellərin sayının artırılması nəzərdə tutulur.

Hazırda istehsal edilən hər generatorun çıxış gərginliyi 220-400 volt aralığındadır.

Qeyd edək ki, “STP” MMC-yə 2017-ci ilin noyabrında Sumqayıt Kimya Sənaye Parkının rezidentliyi statusu verilib. İnvestisiya dəyəri 673 milyon ABŞ dolları olan müəssisədə 2300 nəfərdən artıq insan daimi işlə təmin edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş