Kazım Kərimli dünən virusdan dünyasını dəyişib
Azərbaycanda həkim koronavirusdan vəfat edib. AYNA xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə yayılıb.
Belə ki, Sumqayıt şəhər 1 saylı Poliklinikanın həkim-nevropatoloqu Kazım Kərimli bir müddət əvvəl koronavirusa yoluxub.
O, əvvəl Sumqayıt xəstəxanasında müalicə alıb, daha sonra vəziyyətinin ağırlaşması ilə əlaqədar Zığda yerləşən modul tipli xəstəxanada müalicəsini davam etdirib.
Lakin, həkimlərin bütün səylərinə baxmayaraq, Kazım Kərimli ötən gün koronavirusdan vəfat edib.