Azərbaycanda daha bir vəzifəli şəxs karantində toy edib – <font color=red> FOTO</font>

Xəbərlər

27.08.2020 - 13:04

cedabet dərman SEO Xidməti

DİN sosial şəbəkələrdə yayılan görüntüləri nəzarətə götürüb 

 

Paytaxtda mobil rabitə şirkətlərindən birinin vəzifəli şəxsinin ölkədə tətbiq olunan karantin qaydalarını pozaraq, Səbail rayonunda yerləşən “Sea Bay” restoranında toy məclisinin keçirilməsilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər Daxili İşlər Nazirliyi (DİN) tərəfindən nəzarətə alınıb. Bu barədə AYNA-ya DİN-dən məlumat verilib.

 

Bildirilib ki, aparılan araşdırmalar nəticəsində şirkətin satış menecerinin övladının bir qrup şəxsin iştirakı ilə toy şənliyinin keçirildiyi aşkar olunub. Şənliyin təşkilatçıları, sifarişçiləri və iştirakçılarının bir qismi müəyən edilib və barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

 

Belə ki, toy məclisini təşkil edən hüquqi şəxs İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsilə 4000 manat, restoranın mühasibatçısı 400 manat cərimə olunub.

 

İki nəfər inzibatçı barəsində tərtib edilən protokollar rayon məhkəməsinə göndərilməklə barələrində məhkəmənin qərarı ilə 10 gün inzibati həbs tənbeh növü tətbiq olunub. Eləcə də, restoran işçilərindən altı nəfər müvafiq maddələrlə inzibati xəta haqqında protokollar tərtib olunaraq, hər biri 100 manat cərimə olunub.

 

Toy məclisinin sifarişçilərindən iki nəfər qanunverciliyə uyğun olaraq 400 manat məbləğdə, iştirak edənlərdən isə doqquz nəfər 200 manat məbləğində cərimə olunublar.

 

Şənlikdə iştirak edərək karantin qaydalarını pozan digər şəxslərin müəyyən olunması istiqamətində araşdırmalar davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş