Azərbaycanda daha 17 nəfər COVID-19-dan vəfat edib

Aktual

10.03.2022 - 18:39

Həkimlər Klinikalar SEO Xidməti

Son sutkada 270 nəfər koronavirusa yoluxub

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 270 yeni yoluxma faktı qeydə alınıb, 564 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 17 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 790 153 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 777 960 nəfər müalicə olunaraq sağalıb, 9 575 nəfər vəfat edib, aktiv xəstə sayı 2 618 nəfərdir.

Ölkədə son sutka ərzində 6 356, hazırkı dövrədək isə 6 617 758 test aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş