Azərbaycanda daha 15 nəfər COVID-19-dan ölüb

Aktual

12.10.2021 - 15:39

Həkimlər Klinikalar SEO Xidməti

Son sutkada 1277 nəfər koronavirusa yoluxub, 853 nəfər sağalıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 277 yeni yoluxma faktı qeydə alınıb, 853 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 494 067 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 474 514 nəfər müalicə olunaraq sağalıb, 6 692 nəfər vəfat edib, aktiv xəstə sayı 12861 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 569, ötən müddət ərzində isə ümumilikdə 4 969 881 test aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş