Azərbaycanda daha 131 nəfərdə koronavirus aşkarlanıb

Cəmiyyət

30.01.2021 - 17:12

Həkimlər Klinikalar SEO Xidməti

Ölkəmizdə koronavirusla bağlı son vəziyyət açıqlanıb 

 

Azərbaycanda son sutkada koronavirusa 131 yeni yoluxma faktı qeydə alınıb, 407 nəfər müalicə olunaraq sağalıb.

 

Bu barədə AYNA-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

 

Son sutkada 7 nəfər COVID-19-dan vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 230 066 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 222 960 nəfər müalicə olunaraq sağalıb, 3 126 nəfər vəfat edib. Hazırda 3 980 aktiv xəstə var.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 244, bu günə qədər isə ümumilikdə 2 401 720 test icra olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş