Yoluxmalarla bağlı pozitiv məlumatlar azdır
"Ötən bir həftə ərzində pozitiv və neqativ hallar baş verib. Bugünkü brifinqdə də bu barədə məlumat verəcəyik".
AYNA xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı deyib.
O bildirib ki, yoluxmalarla bağlı pozitiv məlumatlar azdır: "Bu gün ölkədə 105 koronavirusa yoluxma faktı qeydə alınıb".
Brifinqdə qeyd olunub ki, hazırkı dövrədək ölkəmizdə 822 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 63 nəfəri müalicə olunaraq sağalıb, 8 nəfər vəfat edib.
Virusa yoluxanlardan 751 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 33 nəfərin vəziyyəti ağır, 47 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.