Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Xəbərlər

23.12.2021 - 17:53

Həkimlər Klinikalar SEO Xidməti

Son sutkada koronavirus əleyhinə 27 494 peyvənd vurulub

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 27 494 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 952, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 468, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 21 074 nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 11 152 952, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 150 711, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 653 005, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 1 349 236 təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş